"Korintians"ın vingeri Villian İngiltərəyə qayıda bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı sosial şəbəkə hesabları üzərindən tanınmış insayder Nikolo Skira yayıb.
Xəbərə görə, tanınmış braziliyalının xidmətində "Fulhem" maraqlıdır. Mənbə "ağlar"ın 34 yaşlı futbolçu ilə danışıqlara başladığını açıqlayıb.
Xatırladaq ki, Donetsk "Şaxtyor"unda parlayan Villian 2013-2020-ci illər aralığında "Çlesi"də çıxış edib. Ardından London "Arsenal"ında bir mövsüm keçirən ön xətt oyunçusu yetirməsi olduğu "Korintians"a qayıdıb.
Nihat