Amerika Milli Basketbol Liqasının (NBA) komandalarından "Miami Heat"ın ulduzu LeBron Ceyms evlənib. Fanat.az xəbər verir ki, ulduz oyunçu sevgilisi Savannah Brinsonla nigah masasına əyləşib.
ABŞ-ın Kaliforniya ştatının San Dieqo şəhərində keçirilən mərasimə təxminən 200 qonaq qatılıb. Amerika mətbuatının məlumatına görə, toyda təhlükəsizlə tədbirləri çox güclü olub və telekanallar mərasimi helikopterlerlə havadan çəkməyə çalışıb.
Qeyd edək ki, Ceyms və Brinson məktəb illərindən sevgilidilər. Onların artıq iki övladı var.
Fanat.az