ABŞ-lı sabiq basketbolçu Rasual Butler həyatını itirib.
Fanat.Az xəbər verir ki, Los Ancelesdə idarə etdiyi avtomobildə qəzaya uğrayan Butlerlə 31 yaşlı müğənni həyat yoldaşı Leh LaBelle Vladovski hadisə yerindəcə vəfat edib.
2002-ci ildə NBA iştirakçısı "Mayami Hit"ə transfer olunan basketbolçu 13 mövsüm ərzində aralarında "Los Anceles Klippers", "Çikaqo Bulls" və "San Antonio Sprus"un da yer aldığı 8 komandanın formasını geyib.
Hücumçu karyerası ərzində orta hesabla 7,5 set və 2,5 ribaundla çıxış edib. Onun vəfatından sonra sabiq komanda yoldaşları Duayn Vade, DeMar DeRozan, Kobe Braynt, Pol Pyers kimi məşhur isimlər sosial media hesablarından başsağlığı veriblər.
Fanat.Az