Məşhur baş məşqçi qovulur

Məşhur baş məşqçi qovulur

Çempionlar Liqasında PSJ-yə 0:3 hesabı ilə uduzan "Bavariya" baş məşqçi dəyişikliyinə hazırlaşır. Fanat.Az xəbər verir ki, klub rəhbərliyi Karlo Ançelottini istefaya göndərməyi qərara alıb.

ESPN-in iddiasına görə, "Bavariya"nın bu barədə axşam saatlarında açıqlama yayması gözlənilir. Komanda müvəqqəti olaraq köməkçi - məşqçi Uilli Saqnola həvalə ediləcək. Baş məşqçi postuna ən real namizədin isə "Borussiya"nın (Dortmund)  çalışdırıcısı Tomas Tuçel olacağı bildirilir.

Qeyd edək ki, klubun İdarə Heyətinin sədri Karl-Haynts Rummenige belə hesabla məğlubiyyətin ciddi sonuclara yol açacağını bildirmişdi.

Onu da qeyd edək ki, Karlo Ançelotti qovulsa, bu "Bavariya"nın Bundesliqa tarixində ən erkən qovduğu baş məşqçi olacaq. 1965-ci ildən bəri dekabrdan əvvəl qovulan yeganə baş məşqçi 8 oktyabr 1991-ci ildə istefaya göndərilən Yupp Heynkes idi.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər