Məşhur baş məşqçi Çin klubunda

Məşhur baş məşqçi Çin klubunda
Xorvatiya millisinin və "Beşiktaş"ın sabiq baş məşqçisi Slaven Biliçin yeni iş yeri müəyyənləşib.
Fanat.Az xəbər verir ki, 53 yaşlı mütəxəssis karyerasını Çində davam etdirəcək. Xorvatiyalı baş məşqçi "Beytszin Qoan" klubu ilə iki illik müqavilə imzalayıb.
Qeyd edək ki, Slaven Biliç son olaraq İngiltərənin "Vest Bromviç" klubuna rəhbərlik edib. O, dekabrın 26-da uğursuz nəticələrə görə istefaya göndərilib.
Biliç daha əvvəl İngiltərədə "Vest Hem" və Rusiyada "Lokomotiv" (Moskva) komandalarının da baş məşqçisi olub.
 
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər