Məşhur Alanzinyo "Xəzər Lənkəran"da

Məşhur Alanzinyo "Xəzər Lənkəran"da
"Trabzonspor"un məşhur futbolçusu Alanzinyo karyerasını Azərbaycanda davam etdirə bilər. Fanat.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçinin "Xəzər Lənkəran"da çıxış etmək variantı yaranıb.
Türkiyə mətbuatının məlumatına görə, Mustafa Dənizlinin komandası Alanzinyoya 4 ay üçün 400 min avro təklif edib. 
Qeyd edək ki, Alanzinyo "Trabzonspor"da 2009-2014-cü illərdə 176 oyun keçirib və 16 qol vurub. Qış fasilsində Türkiyə təmsilçisindən ayrılan 31 yaşlı futbolçu əvvəllər Braziliyanın "Flamenqo", "Amerika", "Paranoa" və Norveçin "Stabaek" klublarında top qovub. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər