Niderland millisinin sabiq futbolçusu Kevin Strotman İtaliyaya qayıdıb.
Fanat.Az-ın məlumatına görə, "Olimpik Marsel" 32 yaşlı yarımmüdafiəçisini İtaliyanın B Seriyasında çıxış edən "Cenoa"ya icarəyə verib.
Məlumatı İtaliya təmsilçisinin mətbuat xidməti yayıb.
Qeyd edək ki, 2020/2021 mövsümündə də "Cenoa"da oynamış Strotman "Roma" və "Kalyari"nin də uğurları üçün çalışıb.

Nihat