Məşəl Şirvanda - FOTOLAR

Məşəl Şirvanda - FOTOLAR
Mayın 5-də Neftçala rayonunda yandırılan I Avropa Oyunlarının məşəli Şirvan şəhərinə gətirilib. Rayon sakinləri yürüş iştirakçılarını alqışlarla qarşılayıblar.
Fanat.az AzərTAc-a istinadən xəbər verir ki, Şirvan şəhərinin giriş qapısında məşəlin qarşılanma mərasimi olub. I Avropa Oyunlarının rəmzi qapısında məşəli Şirvan şəhər Mədəniyyət İdarəsinin rəqs dərnəyinin müəllimi Cavid Ziyadi qəbul edib.
Sonra Bayraq meydanından Heydər Əliyev prospekti, Naxçıvan və M.Ə.Rəsulzadə küçələri boyunca məşəl yürüşü başlandı. 3,8 kilometr məsafə qət edən 10 idmançı növbə ilə məşəli bir-birinə ötürərək Heydər Əliyev meydanına gətiriblər.
Meydana toplaşanların alqışları altında səhnəyə qalxan Şirvan şəhər 12 saylı tam orta məktəbin tərbiyə işləri üzrə direktor müavini Aydın Əliyev I Avropa Oyunlarının məşəlini alovlandırıb. 16 yaşlı karate üzrə dünya və Avropa çempionu Fərid Abbasov Avropa Oyunlarının çırağını yandıraraq yarışlar başa çatana qədər saxlanılmaq üçün rayona təhvil verib.
Mərasimdə aprelin 26-da Bakıda, Atəşgah məbədində I Avropa Oyunları məşəlinin alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirilib.
Şəhər sakinləri I Avropa Oyunlarının məşəlinin Şirvana səfərini böyük sevinclə qarşılayıblar. Şirvan şəhər veteranlar şurasının sədri Musa Quliyev təəssüratlarını AərTAc-ın müxbiri ilə bölüşərək deyib: “Bu gün bütün şirvanlılar kimi mənim də sevincimin həddi-hüdudu yoxdur. I Avropa Oyunlarının məşəli şəhərimizdə şölələndi. Bu, tarixi hadisədir. Dünyanı iqtisadi böhran bürüdüyü bir vaxtda ilk Avropa Oyunlarına Azərbaycanın ev sahibliyi etməsi ölkəmizin dünyada qazandığı nüfuzdan, onun güclü dövlət olmasından xəbər verir. Bəli, Azərbaycan güclü dövlətdir. Həyatımızın bütün sahələrində qazanılan uğurlar bunu aydın göstərir. İnanıram ki, belə tədbirlər yaxın vaxtlarda düşmən tapdağı altında qalan torpaqlarımızda da keçiriləcək”.
Hərbi müəllim Təbriz Həşimov da söhbətə qoşularaq əlamətdar hadisə - birinci Avropa Oyunlarının keçirilməsi münasibətilə təbriklərini çatdırdı, idmançılarımızın bu mötəbər yarışlarda da uğur qazanacağına əminliyini ifadə edib.
I Avropa Oyunlarının məşəli Şirvan şəhərindən sonra Hacıqabul rayonuna yola salınıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər