Topaz Premyer Liqasının XXVI turunda keçiriləcək oyunlara bütün təyinatlar açıqlanıb. Fanat.az хəbər verir ki, turun mərkəzi oyunu hesab olunan “İnter” - “Qəbələ” matçı Əliyar Ağayevə tapşırılıb.
AZAL - "Xəzər Lənkəran" oyununu Elvin Əsgərov idarə edəcək. "Bakı" - "Simurq" görüşündə Ömər Paşayev fit çalacaq. Orxan Məmmədov isə "Sumqayıt" - "Qarabağ" oyununda ədaləti qoruyacaq.
18 mart
Bakı - Simurq
Hakimlər: Ömər Paşayev, Azər Əsgərov, Coşqun Həsənov, Xəlil Xəlilov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Hakim-inspektor: Xaqani Məmmədov.
“Bakı”nın təlim-məşq bazasının stadionu. Saat 15.00.
AZAL - Xəzər Lənkəran
Hakimlər: Elvin Əsgərov, Nahid Əliyev, Elşən Acalov, İsgəndər Əliyev.
AFFA nümayəndəsi: Telman Əzizov.
Hakim-inspektor: Rövşən Əhmədov.
Əlavə köməkçi hakimlər: Ramil Əhmədov, Etibar Həsənov.
“AZAL Arena”. Saat 16.00.
Sumqayıt - Qarabağ
Hakimlər: Orxan Məmmədov, Mübariz Haşımov, Knyaz Əmiraslanov, Yaşar Abbasov.
Əlavə köməkçi hakimlər: Fariz Yusifov, Ramil Diniyev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Hakim-inspektor: Akif Məmmədov.
“Kapital Bank Arena”. Saat 16.00.
İnter - Qəbələ
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Akif Əmirəli, Munis Abdullayev.
Əlavə köməkçi hakimlər: İnqilab Məmmədov, Vüsal Əliyev.
AFFA nümayəndəsi: Oqtay Abdullayev.
Hakim-inspektor: Məlik Həsənov.
“İnter Arena”. Saat 18.00.
Fanat.az