Mərkəzi oyun FIFA referisinə əmanət

Mərkəzi oyun FIFA referisinə əmanət
Topaz Premyer Liqasında XX turun oyunlarına hakim təyinatları açıqlanıb. Fanat.az xəbər verir ki, turun mərkəzi oyununu - "Qəbələ" - "Qarabağ" matçını FIFA referisi Əliyar Ağayev idarə edəcək.
Şənbə günü keçiriləcək digər iki oyuna gəlincə, "Rəvan" - "İnter" matçında Rauf Cabbarov, AZAL - "Sumqayıt" görüşündə Elvin Əsgərov fit çalacaq.
Bazar günü baş tutacaq "Xəzər Lənkəran" - "Neftçi" derbisində ədaləti Rəhim Həsənov qoruyacaq. "Simurq" - "Bakı" görüşünü isə Orxan Məmmədov idarə edəcək.
8 fevral
Qəbələ - Qarabağ
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Zeynal Zeynalov, Fərid Məmmədov.
Əlavə köməkçi hakimlər: Ömər Paşayev, Fariz Yusifov.
Qəbələ şəhər stadionu. Saat 14.30.
Rəvan - İnter
Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Coşqun Həsənov, Sərxan İsmayılov.
Əlavə köməkçi hakimlər: Vüsal Əliyev, Alik Yunusov.
"Bayıl Arena". Saat 15.00.
AZAL - Sumqayıt
Hakimlər: Elvin Əsgərov, İsgəndər Əliyev, Rahil Ramazanov, Ramil Əhmədov.
"AZAL Arena". Saat 15.00.
9 fevral
Simurq - Bakı
Hakimlər: Orxan Məmmədov, Munis Abdullayev, Elman Musayev, Tahir Əhmədov 
Əlavə köməkçi hakimlər: Ramil Diniyev, Əliyar Ağayev 
Zaqatala şəhər stadionu. Saat 15.00.
Xəzər Lənkəran - Neftçi
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Namiq Hüseynov, Feyzulla Feyzullayev. 
Əlavə köməkçi hakimlər: Vüsal Əliyev, Elvin Əsgərov. 
Lənkəran mərkəzi stadionu. Saat 16.00.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər