Fransanın Ouisterham vilayətinin merinin idman və insan resursları üzrə müavini Jaen-Klaude Poilpot Avropa çempionatının elit-raund mərhələsinin oyunları üçün bu şəhərdə olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının düşərgəsini ziyarət edib.
Fanat.az xəbər verir ki, U-19-un məşqini izləyən qonaq Azərbaycan nümayəndə heyətinin rəhbəri, AFFA-nın İcraiyyə Komitəsinin üzvü, Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqovla görüşüb, qarşıdakı oyunlarda yığmamıza uğurlar arzulayıb. Sadıqov öz növbəsində yüksək qonaqpərvərliyə görə şəhər rəhbərliyinə minnətdarlığını bildirib.
Fanat.az