"Əl-Əhli"nin futbolçusu Merih Demiral karyerasını yenidən İtaliya A Serasında davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, məlumatı "Sky Sport" yayıb.
Mənbə türkiyəli müdafiəçinin "Milan"ın diqqət mərkəzində olduğunu açıqlayıb. Xəbərə görə, İtaliya nəhəngi Merihi icarəyə götürmək üçü klubu ilə danışıqlara başlayacaq.
Qeyd edək ki, 25 yaşlı Demiral cari mövsüm "Əl-Əhli" forması ilə Səudiyyə Ərəbistanı liqasında 7 rəsmi maçtda 1 qol vurub.
Nahid Məmmədov