Mərakeşli ulduz İtaliya nəhənginə keçir

Mərakeşli ulduz İtaliya nəhənginə keçir

Mərakeş millisinin və "Çelsi"nin yarımmüdafiəçisi Hakim Zieş karyerasını İtaliyada davam etdirməyə yaxındır.

Fanat.Az xəbər verir ki, informasiyanı sosial şəbəkə hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.

Mənbə Zieşin "Milan"a keçmək istədiyini və tərəflərin danışıq apardığını bildirib. Xəbərdə milanlıların bu transferi uğurla sona çatdıracaqlarına inandıqları vurğulanıb. 

Qeyd edək ki, Zieşin "Çelsi" ilə olan müqaviləsinin müddəti 2025-ci ilin 30 iyun tarixinə qədərdir. Ötən mövsüm "zadəganlar"ın formasıyla bütün turnirlərdə 44 matça çıxan mərakeşli oyunçu 8 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər