Mərakeş millisinin üzvü Rusiya klubu ilə anlaşdı

Mərakeş millisinin üzvü Rusiya klubu ilə anlaşdı

Mərakeş millisinin və "Vidad" klubunun müdafiəçisi Yəhya Attiyatallah Rusiya çempionatına oynayacaq. 

Fanat.Az xəbər verir ki, 28 yaşlı futbolçu Premyer Liqanın autsayderi "Soçi" ilə müqavilə imzalayıb. 

Bu barədə cənubluların mətbuat xidməti məlumat yayıb. 

Mətbuatda yayılan məlumatlara görə isə, afrikalının transferi "Soçi" klubuna 500 min avroya başa gəlib. Yəhyanın Rusiya klubu ilə müqaviləsinin müddəti hələlik açıqlanmayıb. 

Müdafiəçi bu mövsüm "Vidad"ın heyətində 23 matçda iştirak edib. O, bu görüşlərdə 4 qol və 3 məhsuldar ötürmə edib. 

"Soçi" Premyer Liqanın 18 turundan sonra 11 xal toplayıb və turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər