Mərakeş millisinin və "Olimpik Marsel"in sabiq yarımmüdafiəçisi Əbdüləziz Barrada 35 yaşında vəfat edib.
Fanat.Az BBC-yə istinadən xəbər verir ki, məlumatı Mərakeş Futbol Federasiyası sosial şəbəkə hesabı üzərindən yayıb. Ölümün səbəbi hələ təsdiqlənməyib, lakin yerli media onun infarkt keçirdiyini iddia edir.
Barrada ölkəsinin milli komandasında 26 matçda çıxış edərək dörd qol vurub.
O, həmçinin 2011-2013-cü illər arasında İspaniyanın "Xetafe" klubunda 64 oyunda forma geyinib, 2014-2016-cı illər arasında isə "Olimpik Marsel"də oynadığı iki mövsüm ərzində iki qol vurub.
Liqa 1-dən ayrıldıqdan sonra Barrada Birləşmiş Ərəb Əmirliklərində "Əl-Nəsr", Türkiyədə "Antalyaspor" klubu və nəhayət, Fransada "Lusitanos Saint-Maur"da oynayıb. Üç il əvvəl karyerasını başa vurub.
Mirağa