"Məqsədsiz şəkildə qaçsaq..." - Qvardiol "ölüm qrupu"ndan danışdı 

"Məqsədsiz şəkildə qaçsaq..." - Qvardiol "ölüm qrupu"ndan danışdı 

Xorvatiya millisinin müdafiəçisi Yoşko Qvardiol İtaliya, İspaniya və Albaniya ilə birlikdə yer aldıqları "ölüm qrupu"ndan danışıb.

Fanat.Az xəbər verir ki, onun sözlərini UEFA-nın rəsmi saytı belə çatdırıb:

"Çox çətin qrupa düşdüyümüzün fərqindəyik. Biz ənənəvi olaraq İspaniyaya qarşı oynamağa çətinlik çəkirik, ancaq ispanlarla görüş həm də böyük şərəfdir. Çünki möhtəşəm futbol millətinə qarşı mübarizə aparacağıq. Onlar oyun ərzində topu özlərində saxlayan komanda kimi tanınırlar. Eyni sözləri İtaliya haqda da demək olar. Şübhəsiz, İtaliyanın əla heyəti var. Hər matçda topu özümüzdə saxlamaq, oyuna nəzarəti əldən verməmək barədə düşünməliyik. Çünki məqsədsiz şəkildə qaçsaq, hədəfimizə çata bilməyəcəyik".

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər