"Fənərbaxça"lı qardaşım Fərid bəy də ("Doğuş Holdinq"in sahibi Fərid Şahenk-red), "Qalatasaray"lılar da inciməsin, Türkiyədə yeganə xalq komandası "Beşiktaş"dı". Fanat.az xəbər verir ki, bu sözləri "Xəzər Lənkəran"ın fəxri prezidenti Mübariz Mənsimov deyib.
"Palmali" Şirkətlər Qrupunun sahibi "Xəzər Lənkəran" azarkeşlərinin futbolçuları təhqir etmədiyini bildirib: "Mən idmançıyam. Xuliqanlığı dəstəkləmirəm. İdmanda xuliqanlıq, söyüş olmasın. Mənim Azərbaycanda klubum var. 9 milyon azəridən 3 milyonu bu komandanı dəstəkləyir. Ağızlarından söyüş çıxmır. Futbolda söyüş olmaz. Futbolçunun anası da, bacısı da bizim anamız, bacımızdı".
Fanat.az