Premyer Liqanın VIII turunda “Bakı"nı qəbul edəcək “Xəzər Lənkəran” doğma şəhərdə hazırlıqlarını davam etdirir. Fanat.az xəbər verir ki, komanda dünən stadionun əsas meydançasında məşqə çıxıb.
İsinmə hərəkətləri və bəzi taktiki tapşırıqların həyata keçirilməsi ilə davamlı olan hazırlıq prossesinin əsas hissəsi qapılara müxtəlif məsafələrdən endirilən zərbələr üzərində çalışmalardan ibarət olub. Yüksək əhval ruhiyyədə keçən məşq bitdikdən sonra bir sıra futbolçular öz istəklərinə uyğun olaraq meydançada qalıb, fərdi qaydada cərimə zərbələri üzərində çalışıblar.
Qeyd edək ki, klub prezidenti Mais Mənsimov məşqi izləyib.
12cioyuncu.info