"Məhsuldar ötürmələr baxımından mənimlə yalnız Messini yanaşı qoymaq olar".
Fanat.Az xəbər verir ki, bunu "Bayern Münhen"in forvardı Tomas Müller "Bild" nəşrinə açıqlamasında deyib.
Alman hücumçu fikrini belə əsaslandırıb: "Son 3 ilin statistikasına baxsaq, hətta Messini də qabaqlayıram. Dünyanın ən yaxşı futbolçuları ilə rəqabət xüsusi motivasiyadır. Bunu 2010-cu ildən edirəm. Amma məni Lionellə birbaşa müqayisə etməyin mənası yoxdur".
Bu mövsüm Almaniya Bundesliqasında 20 oyuna çıxan Müller 6 qol və 16 məhsuldar ötürmə ilə diqqət mərkəzinə düşüb.