"Məni harda görmək istəyirlərsə, orda oynayacam" - Xames Rodriges

"Məni harda görmək istəyirlərsə, orda oynayacam" - Xames Rodriges
"Everton"un yarımmüdafiəçisi Xames Rodriges gələcəyi barədə danışıb.
Fanat.Az xəbər verir ki, Goal.com oyun söylədiklərini belə çatdırıb:
"Harda oynayacağımı tez-tez soruşurlar. Düzü, bilmirəm. Olduqca çətin sualdır. Gələcəkdə nə olacağını dəqiq deməyə çətinlik çəkirəm. Hazırda məşq edirəm, öz üzərimdə işləyirəm. Görək, başıma nə gəlir... Həyatda və futbolda hər şey mümkündür. "Real" dəftəri qapamıb. Bir daha açılacağını düşünmürəm. Məni harda görmək istəyirlərsə, orda da oynayacam. Məsələn, İtaliyada oynamaq üçün darıxıram. Bu da pis variant deyil. Sadəcə, bu gün heç nə dəqiqləşməyib".
Qeyd edək ki, İngiltərə mətbuatında "Everton"un X.Rodrigeslə vidalaşmaq istədiyi barədə xəbərlər yayılıb. Qərar ictimaiyyətə açıqlanmasa da, mövcud durum yayılan informasiyaları təsdiqləyir.
Nihat 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər