Bu gün milli komandamız növbəti sınağına çıxıb. Fanat.az xəbər verir ki, Berti Foqtsun başçılıq etdiyi komandamız Özbəkistan yığmasını qəbul edib.
"Bakcell Arena"da keçirilən oyun baxımsız alınıb və qol vəziyyətləri sarıdan kasad olub. Nəticədə qarşılaşma 0:0 hesabı ilə başa çatmalıdı.
Bu Azərbaycan və Özbəkistan milliləri arasında 10-cu qarşılaşma olub. 10 qarşılaşmada Azərbaycanın özbəklər üzərində 4 qələbəsi var. Özbəkistan yığması millimizi 2 dəfə üstələyə bilib. Daha 3 oyunda da tərəflər meydanı sülhlə tərk ediblər. Vurulan 21 qoldan 11-i millimizin aktivindədi.
Qeyd edək ki, yığmamız bu il 2 yoxlama oyunu keçirib. Filippini 1:0 hesabı ilə yenən komandamız ABŞ-a uduzub - 0:3. Sentyabrın 3-də səfərdə Rusiya ilə yoxlama oyunu keçirəcək yığmamız 6 gün sonra AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində Bolqarıstanı qəbul edəcək.
Yoldaşlıq oyunu
20 avqust
Azərbaycan - Özbəkistan 0:0
Azərbaycan: 23. Səlahət Ağayev, 3. Rasim Ramaldanov, 4. Mahir Şükürov (k) (25. İlkin Qırtımov, 60), 7. Vaqif Cavadov (9. Cihan Özkara, 46), 10. Rüfət Dadaşov, 11. Rauf Əliyev (16. Cavid Hüseynov, 73), 13. Dmitri Nazarov, 15. Ruslan Abışov, 19. Rahid Əmirquliyev, 20. Ufuk Budak (28. Emin Nuri, 46//5. Elnur Allahverdiyev, 90+3), 26. Toğrul Erat (22. Əfran İsmayılov, 59).
Ehtiyat oyunçular: 1. Kamran Ağayev, 2. Emin Cəfərquliyev, 6. Taşkın İlter, 8. Məhəmməd Mirzəbəyov, 21. Ali Gökdəmir, 24. Abdulla Abasıyev, 27. Kiyan Sultanpur.
Baş məşqçi: Berti Foqts.
Özbəkistan: 1. Eldorbek Suyunov, 2. Eqor Krimets (4. Bobur Yuldoşev, 53), 6. İvan Naqayev (15. Şahzodbek Nurmetov, 45+2), 7. Fazil Musayev (5. Dilşad Jurayev, 73), 9. Sardar Raşidov, 10. Camşid İsgandarov (22. Fərrux Seyfiyev, 22), 11. Novruz Alimov (18. İqor Seqeyev, 53), 13. Davron Haşimov, 14. Vladimir Kozak (8. Azim Axmedov, 79), 17. Səlim Mustofayev, 20. İslam Tuxtaxujayev (k).
Ehtiyat oyunçular: 21. Nikita Rıbkin, 16. Pavel Smolyaçenko, 23. Şerzod Feyziyev.
Baş məşqçi: Mircəlal Qasımov.
Sarı vərəqələr: İslom Tuxtaxujayev, 28. Yeqor Krimets, 42.
Hakimlər: Georgi Vadaçkoria, Levan Varamişvili, Levan Todria (Gürcüstan), Ömər Paşayev (Azərbaycan).
AFFA nümayəndəsi: Ramiz Mustafayev (Azərbaycan).
Hakim-inspektor: Gülağa Cabbarov (Azərbaycan).
Bakı. "Bakcell Arena". 4500 tamaşaçı.
Fanat.az