"Mən ondan daha yaxşı döyüşçü olardım" - Klarens Zeedorf

"Mən ondan daha yaxşı döyüşçü olardım" - Klarens Zeedorf

Niderland millisinin və "Milan"ın eks yarımmüdafiəçisi Klarens Zeedorf maraqlı açıqlama ilə gündəmə gəlib.

Fanat.Az xəbər verir ki, Zeedorf özünü sabiq UFC çempionu, dağıstanlı MMA döyüşçüsü Həbib Nurməhəmmədovla müqayisə edib:

"Biz rəqibləri "oxumaq", düşünmə sürəti və idmandakı digər məqamlar baxımından bir-birimizə oxşayırıq. Həbib oktaqonda rəqiblərinin nə edəcəyini öncədən müəyyənləşdirməyə çalışıb, mən futbol meydanında. O, zərbə "yeməyi" xoşlamırdı. Bu üzdən də tez qərar verir, dərhal hərəkətə keçirdi. Mən də döyüşsəydim, fiziki təmaslardan qaçardım. Bu səbədən cəldliyimə güvənər, ayaqda qalmağa çalışardım. Məncə, mən daha yaxşı döyüşçü olardım".

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər