"Mən Messini yox, klubu seçdim"

"Mən Messini yox, klubu seçdim"

"Barselona"nın prezidenti Joan Laporta argentinalı superulduz Lionel Messinin Kataloniya təmsilçisindən ayrılaraq PSJ-yə qoşulması haqda danışıb.

Fanat.Az xəbər verir ki, "Mundo Deportivo" onun dediklərini belə çatdırıb:

"Mən bu qərarı qəbul etməliydim. Klub bütün futbolçulardan vacibdir. Seçim qarşısındaydım və mən Messini yox, klubu seçdim. Parisdə onunla göz-gözə gəldik".

 Xatırladaq ki, "Barselona" 2021-ci ilin yayında müqaviləsinin müddəti başa çatan Messi ilə yeni anlaşma imzalamamış və cənubi amerikalı azad agent qismində Paris təmsilçisinə keçmişdi.

Nihat 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər