"Barselona"nın futbolçusu Memfis Depay karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, bu barədə "Jijantes" məlumat yayıb.
Xəbərə görə, niderlandlı hücumçunu "İnter" heyətinə cəlb etmək istəyir. Milan təmsilçisi transferi reallaşdırmaq üçün argentinalı forvardı Xoakin Korreanı dəyişməyə hazırdır.
Klubların öz arasında anlaşdığı, son qərarı Depayın verəcəyi bildirilir.
Qeyd edək ki, bir müddər öncə futbolçunun "Atletiko Madrid"ə keçəcəyi iddia edilirdi.
Röya