"Xəzər Lənkəran" Mustafa Dənizlinin rəhbərliyi altında uğurlu çıxışını davam etdirir. Fanat.az xəbər verir ki, Lənkəran klubu türk mütəxəssisin rəhbərliyi altında məğlubiyyətsiz oyunlar seriyasını 7 oyuna çatdırıb.
XVI turda komandanın başına keçən Dənizli bundan sonra 6 Premyer Lina, 1 kubok matçına çıxıb. Çempionatdakı 2 oyunda heç-heçə edən "ağ-yaşıllar" 4 qələbə qazanıb. Kubokdakı yeganə matç da lənkəranlıların qələbəsi ilə yekunlaşıb. 7 oyunda rəqib qapılarına 11 top vuran "Xəzər Lənkəran" 7 dəfə özü məyus olub.
XV turun AZAL-la ev oyununa Ciovanne Melkiorrenin başçılığı altında çıxan "Xəzər Lənkəran" həmin oyunda da uduzmadığından komanda artıq Premyer Liqada 7, ümumilikdə isə 8 oyundu uduzmur. "Ağ-yaşıllar" son yenilgini "Bakı" ilə XIV turun oyununda alıblar - 0:3. Bu məğlubiyyət Con Toşakın istefası ilə nəticələnib.
Premyer Liqa
Xəzər Lənkəran - AZAL 1:1
İnter - Xəzər Lənkəran 0:0
Xəzər Lənkəran - Rəvan 1:0
Xəzər Lənkəran - Sumqayıt 4:3
Qarabağ - Xəzər Lənkəran 0:1
Xəzər Lənkəran - Neftçi 2:2
Qəbələ - Xəzər Lənkəran 2:3
Kubok
Xəzər Lənkəran - Neftçala 4:0
Fanat.az