Qəbələdə keçirdiyi təlim-məşq toplanışını yekunlaşdıraraq istirahətə çəkilən "Xəzər Lənkəran" sentyabrın 9-da yenidən Lənkəranda bir araya gələcək. Fanat.az xəbər verir ki, komanda Premyer Liqasının 6-cı turu çərçivəsində sentyabrın 14-də “Bakı” ilə “Fırtınalar meydanı”nda keçirəcəyi oyunun hazırlıqlarını doğma şəhərdə davam etdirəcək.
“Xəzər Lənkəran”ın fiziki hazırlıq üzrə yeni məşqçisi Covanni Melkiore də sentyabrın 9-da Lənkəranda olacaq və məşqlərin keçirilməsində iştirak edəcək.
Sentyabrın 11-də isə “Xəzər Lənkəran”ın əsas və əvəzedici heyətləri arasında yoxlama oyununun keçirilməsi nəzərdə tutulur. Həmin görüşün saat 18.00-da stadionun ehtiyat meydançasında baş tutacağı gözlənilir.
12cioyuncu.info