Meksikanın formasını tapdalayan Messi hədələndi - VİDEO

Meksikanın formasını tapdalayan Messi hədələndi - VİDEO

Məşhur meksikalı boksçu Kanelo Alvares Lionel Messini hədələyib. 

Fanat.Az xəbər verir ki, buna səbəb argentinalı ulduzun matçdan sonra paltardəyişmə otağında Meksika millisinin köynəyini tapdalaması olub.  

Alvares sosial şəbəkə hesabında Messini hədələməkdən çəkinməyib: “Allaha dua etsin ki, əlimə keçməsin!”.

Argentina millisinin keçmiş futbolçusu Serxio Aquero isə boksçuya bunun təsadüfən baş verdiyini yazıb: “Senor Kanelo, bəhanə və problem axtarma! Əminəm ki, futbol və soyunub-geyinmə otağında baş verənlər haqqında heç nə bilmirsən. Formalar matçlardan sonra tər səbəbiylə həmişə yerdə olur. Diqqətlə baxsanız, butslarını çıxarmaq üçün hərəkət edir və təsadüfən köynəyin üzərinə çıxır".

Xatırladaq ki, DÇ-2022-nin ikinci turunun matçında Argentina millisi Meksikanı məğlub edib (2:0). Lionel Messi bu oyunda həm qol vurub, həm də məhsuldar ötürmə edib. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər