Meksikada dəhşət: oyunda baş verən kütləvi davada 17 nəfər öldü - VİDEO

Meksikada dəhşət: oyunda baş verən kütləvi davada 17 nəfər öldü - VİDEO

Meksika çempionatının 9-cu turunun "Keretaro" - "Atlas" matçında azarkeşlərin kütləvi toqquşma baş verib.

Fanat.Az xəbər verir ki, bu barədə jurnalist David Medrano Feliks "Twitter" səhifəsində məlumat yayıb. Məlumatda toqquşma nəticəsndə 17 nəfərin həlak olduğu bildirilir. Yarışın təşkilatçıları yaşananların digər oyunlara da təsir göstərəcəyindən ehtiyatlanaraq, turun qalan görüşlərini təxirə salıb.

 

Xatırladaq ki, Keretarodakı "Korregidora" stadionunda baş tutan görüş azarkeşlərin kütləvi toqquşması səbəbindən 62-ci dəqiqədə yarımçıq qalmışdı. Daha əvvəl Queretaro əyalət polisi 22 nəfərin yaralandığını, ikisinin isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirildiyini bildirmişdi. Hazırda liqa hüquq-mühafizə orqanları ilə birlikdə hadisə ilə bağlı hərtərəfli araşdırma aparır.

Meksika çempionatının “Keretaro” – “Atlas” matçı təhlükəsizlik səbəbindən bərpa edilməyib. Görüş yeni tarixə təyin ediləcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər