Meksika dünya çempionatında - VİDEO

Meksika dünya çempionatında - VİDEO
DÇ-2014-ə vəsiqə qazanan daha bir komanda müəyyənləşib. Fanat.az xəbər verir ki, növbəti xoşbəxt Şimali Amerika təmsilçisi olub.
Ötən axşam keçirilən qitələrarası play-off oyununda meksikalılar Yeni Zellandiyanın qonağı olub. Bu komandalar arasında ilk oyunda Mesika 5:1 hesalı qələbə qazanmışdı. Bu dəfə də gülən tərəf amerikalılar olub - 4:2.
Bununla da iki oyunun nəticəsinə görə 9:3 hesablı qələbə qazanan Meksika yığması dünya çempionatına vəsiqə qazanan 31-i komanda olub.
Qeyd edək ki, dünya çempionatının son iştirakçısı bu gecə keçiriləcək qitələrarası play-off oyunundan sonra müəyyənləşəcək. Bu matçda ilk oyunda 5:0 hesablı qələbə qazanmış Uruqvay İordaniyanı qəbul edəcək.
Yeni Zellandiya - Meksika 2:4
Qollar: Kris Ceyms, 80-pen; 88 - Oribe Peralta, 14; 29; 33. Karlos Alberto Pena, 87.
İlk oyun - 1:5.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər