Meksika baş məşqçisiz qaldı

Meksika baş məşqçisiz qaldı

Meksika millisi baş məşqçisiz qalıb.

 

 

Fanat.Az xəbər verir ki, sözügedən yığmanın çalışdırıcısı kolumbiyalı Xuan Karlos Osorio postundan gedib. Meksika Futbol Federasiyası (MFF) ona yeni anlaşma təklif etsə də, baş məşqçi razılaşmayıb. Məlumatı MFF-in mətbuat xidməti yayıb.

 

 

57 yaşlı Osorio Meksika seçməsində 2015-ci ildən işləyirdi. Komanda onun rəhbərliyi altında 52 görüş keçirib. Mütəxəssis həmin oyunların 33-də qələbə görüb.

 

 

Rusiyada düzənlənən son DÇ-də qrupdan çıxan Meksika 1/8 finalda Braziliyaya 0:2 hesabıyla yenilərək mundialı tərk etmişdi.

 

 

Fanat.Az

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər