Mehrac Baxşalının yeni klubu da dəqiqləşdi, maaşı da

Mehrac Baxşalının yeni klubu da dəqiqləşdi, maaşı da

"Mingəçevir"in bu ilin yanvarında "Qəbələ"dən transfer etdiyi Mehrac Baxşalının növbəti mövsümə harada başlayacağı dəqiqləşib.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, "şəhərlilər"in maaşı yüksək olduğu üçün vidalaşmaq qərarına gəldiyi vinger ("Mingəçevir"də əsasən cinah müdafiəçisi mövqeyində oynayıb) digər 1-ci Liqa təmsilçisinə keçib.

"Şəfa"dan da təklif alan futbolçu "Ordu"ya qoşulmağı üstün tutub. Mehracın yeni klubundakı maaşı da bəllidir. O, ayda 2200 manat qazanacaq.

Bu mövsüm qarşısına çempionluq hədəfi qoyulan "Ordu" daha öncə Məzahir Məmmədzadəni, Gülağa Əsədovu, Hüseyn Əliyevi və İzzət Müştaqovu da sıralarına cəlb edib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər