Məhkəmə Runi ilə bağlı qərarını açıqladı

Məhkəmə Runi ilə bağlı qərarını açıqladı

Məhkəmə içkili vəziyyətdə maşın sürdüyü üçünsaxlanılan Ueyn Runi ilə bağlı qərar verib. Fanat.Az xəbər verir ki, "Everton"un ulduzu məhkəmədə günahını etiraf edib.

Məhkəmənin qərarına əsasən futbolçunun sürücülük hüququ 2 illik əlindən alınıb. Bundan başqa o, 100 saat ictimai işlərdə çalışmalı olacaq. 

Qeyd edək ki, ulduz futbolçu sentyabrın 1-də bir məclisdə tanış olduğu qadınla birlikdə içkili vəziyyətdə maşın sürərkən saxlanılaraq polisə aparılmışdı.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər