Məhkəmə qərarı: Samuel Eto\'O Erikanın atası elan edildi 

Məhkəmə qərarı: Samuel Eto\'O Erikanın atası elan edildi 

Madridin Birinci İnstansiya Məhkəməsi keçmiş kamerunlu futbolçu Samuel Eto'Onu 22 yaşlı Erika Do Rosario Nievesin rəsmi atası elan edib. 

Fanat.Az xəbər verir ki, bunu gənc qızın ispan vəkili Fernando Osuna bildirib.

Hakim Erikanın təqdim etdiyi sübutları yetərli sayıb.

İddiaya görə, qızın anası Adileusa ilə kamerunlu futbolçu 1997-ci ildə Madridin gecə klublarından birində, Samuel "Leqanes"in üzvü ikən tanış olublar. 1998-ci ilin fevralında hamilə olduğunu öyrənən qadın bunu Eto'Oya söyləyib. Adiluesa hamiləlik dövründə uşağının gələcək atası ilə əlaqə saxlamağa çalışdığını, lakin kamerunlunun onun telefon zənglərinə cavab vermədiyini bildirib. 

Qız 1999-cu ildə Madriddəki Alarkon Foundation xəstəxanasında, hücumçu "Espanyol"da çıxış erərkən anadan olub.

Prosesi həyata keçirmək üçün Erika bioloji sübut təqdim edib. Eto'o məhkəmənin çağırışlarına cavab verməyərək prosesə qatılmasa da, hakimi iddianı qəbul edib. 

Hökmdə keçmiş futbolçunun qızına aylıq 1400 avro aliment ödəməli olduğu göstərilib.

Qeyd edək ki, Samuel Eto'O ötən il dekabrın 11-dən Kamerun Futbol Federasiyasının prezidentidir.   Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər