IV turun "Xəzər Lənkəran" - "Neftçi" oyunundan sonra həbs olunan azarkeşlərə hökm oxunub. Fanat.az xəbər verir ki, əvvəlcədən son prosesin fevralın 15-də keçiriləcəyi deyilsə də, dünən qapalı iclas baş tutub.
Həbsdəki azarkeşlərin hamısının azadlığa buraxılacağı gözlənilsə də, bu baş verməyib. Belə ki, fanatlardan 3-ü sərbəst buraxılıb, 4-ü isə 3 il azadlıqdan məhrum edilib. Həbs cəzası alanlar arasında Eliko Ləzginçik ləqəbli Elman Tağıyev də var.
Qeyd edək ki, "Xəzər Lənkəran" rəhbərliyi məhkəməyə məktubla müraciət edərək, azarkeşlərə qarşı heç bir iddiasının olmadığını bildirmiş və onların azadlığa buraxılmasını istəmişdi.
Fanat.az