FİFA-nın sabiq prezidenti Yozef Blatter və UEFA-nın keçmiş rəhbəri Mişel Platini İsveçrə məhkəməsi tərəfindən dələduzluq işi üzrə bəraət alıblar.
Fanat.Az xəbər verir ki, informasiya "France Press"ə məxsusdur.
Blatter və Platinini Bellintsoni Federal Cinayət Məhkəməsi mühakimə edib.
Proses 2011-ci ildə Blatterin sifarişi ilə Platininin mənimsədiyi iki milyon İsveçrə frankı (təxminən iki milyon avro) məbləğində ödənişi əhatə edirdi.
Mövcud İsveçrə qanunlarına görə, 86 yaşlı Blatter və 66 yaşlı Platini böyük miqdarda cərimə və ya 5 ilə qədər həbs cəzası gözləyirdi.
Emin