Moskva Şəhər Məhkəməsində "Zenit”in hücumçusu Aleksandr Kokorin və "Krasnodar”ın yarımmüdafiəçisi Pavel Mamayevin apellyasiya şikayətinə baxılıb.
Fanat.Az-ın məlumatına görə, məhkəmə "Butırka” təcridxanasında saxlanılan futbolçularla bağlı verilən qərarı qüvvədə saxlayıb. Beləliklə, məlum insidentlər üzündən cəzaları daha 6 ay artırılan futbolçuların bu ilin sentyabr ayının 25-nə qədər dəmir barmaqlıqlar arsında qalacağı dəqiqləşib.
Həbsdə qalacaq digər şəxslər isə Aleksandrın kiçik qardaşı Kirill və Moskavadakı 2 dava-dalaşda iştirak etmiş, 3 adamın döyülməsində təqsirli bilinən Aleksandr Protasovitskidi.
Qeyd edək ki, adı çəkilənlərin dördü də ötən ilin payızından – oktyabrın 11-dən təcridxanadadı.
Fanat.Az