Məhkəmə "Barsa"nı təmizə çıxardı - Rüşvət qalmaqalı

Məhkəmə "Barsa"nı təmizə çıxardı - Rüşvət qalmaqalı

Kataloniya Ali Məhkəməsi "Barselona"nı İspaniya Kral Futbol Federasiyasının Hakimlər Komitəsinin keçmiş vitse-prezidenti Xose Neqreyraya rüşvət vermək ittihamlardan təmizə çıxarıb.

Fanat.Az "Mundo Departivo"-ya istinadən xəbər verir ki, artıq məhkəmə qərarının elanından sonra "Barselona" hökmdən razı qaldığını və növbəti hüquqi addımlar zamanı klubun tam günahsızlığının sübuta yetiriləcəyinə ümid etdiyini bildirən bəyanat yayıb.

Kataloniyalıların 2001-2018-ci illərdə Neqreyraya 7,7 milyon avro rüşvət verdiyi iddia olunurdu. "Blauqrana" rəsmiləri bu məbləği sözügedən futbol məmuru onlara gənc oyunçular və hakim idarəçiliyi haqda müntəzəm hesabat hazırladığı üçün verdiklərini bildirmişdi. Neqreyranın özü də "Barsa"ya konsaltinq xidmətləri göstərdiyini və qarşılığında pul aldığını etiraf etmişdi. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər