Mehdi "Bavariya"da

Mehdi "Bavariya"da
"Roma"nın futbolçusu Mehdi Benatia "Bavariya"ya transfer olunub. Fanat.az xəbər verir ki, bu barədə "Gazette dello Sport" məlumat yayıb.
Məlumata görə, Münhen klubu mərakeşli futbolçunu 30 milyon avroya transfer edib. İki klub arasında anlaşmanın əldə olunduğu və Mehdi Benatianın tibbi müayinədən sonra rəsmi müqavilənin imzalanacağı deyilir. 
Qeyd edək ki, 27 yaşlı mərkəz müdafiəçisi əvvəllər Fransanın "Olimpik" (Marsel), "Tur", "Loryan", "Klermon" və İtaliyanın "Udineze" klublarında çıxış edib. O, 31 dəfə Mərakeş millisinin formasını geyinib və 1 qola imza atıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər