İndoneziyanın Cənubi Sumatra əyalətinin paytaxtı Palembanq şəhərində təşkil olunan İslam Ölkələrinin 3-cü Həmrəylik Oyunları davam edir. Fanat.az xəbər verir ki, Azərbaycan yarışda daha 3 medal qazanıb.
Yarışların beşinci günündə yüngül atletika yığmamızın 18 yaşlı üzvü Yekaterina Sarıyeva və Hayle İbrahimov qızıl, Layeş Abdullayeva isə bürünc medal qazanıb. Bununla da medallarımızın sayı 17-yə çatıb.
Qeyd edək ki, bundan əvvəl Rafael Ağayev, Ayxan Mamayev, Boris Kirilov, karate yığmamız qızıl, Şahin Atamov, Niyazi Əliyev, Silviya Angelova, Əfqan Bayramov, İntiqam Zairov gümüş, Zülfüqar Süleymanov, Namiq Cəlilov, Dmitri Marşin bürünc, Yevgeni Lazuka həm gümüş, həm də bürünc medal qazanıb.
Azərbaycan İslam Ölkələrinin 3-cü Həmrəylik Oyunları bütövlükdə 6 qızıl, 6 gümüş və 5 bürünc medala sahib çıxıb.