Braziliyanın "Botafoqo" klubu akademiyasına qəbul etdiyi Bernardo Lopesin inanılmaz həyat hekayəsi ilə futbol dünyasını təsirləndirib.
Fanat.Az xəbər verir ki, cəmi bir yaşı olarkən üzərinə qaynar su tökülməsi nəticəsində ağır xəsarətlər alan və 7 ay xəstəxanada həyatda qalmaq uğrunda mübarizə aparan Bernardo möcüzəvi şəkildə sağ qalıb.
Bütün çətinliklərə baxmayaraq futboldan qopmayan gənc istedad bir neçə ay əvvəl skautların diqqətini çəkməyi bacarıb. Onun sarsılmaz iradəsi və yaşıl meydandakı bacarığı "Botafoqo" rəhbərliyini o qədər heyran edib ki, klub ona öz akademiyasında yer təklif edib.
Bu hekayə hər kəsə sübut edir ki, hər şeyin qarşına çıxdığı anda belə inanmağı dayandırmaq olmaz.