Dünən “Bakcell Arena”da baş tutan budəfəki “Böyük oyun” da tarixin yaddaşına qovuşdu. “Neftçi”nin 4:1 hesablı qələbəsi ilə başa çatan, məlum qərar səbəbindən yalnız meydan sahiblərinin fanatlarının canlı izlədiyi görüş bir sıra statistik göstəricilərin yenilənməsini şərtləndirdi.
Fanat.az xəbər verir ki, hesab 0:3 olarkən komandasının təsəlli qoluna imza atan Etame Mbilla əzəli rəqiblərin görüşlərində yubiley topunu vurub. Bu oyunadək 30 dəfə qarşılaşan tərəflər 56 dəfə fərqlənmişdi. 60-cı qolu adına yazdıran qaradərili forvard ardıcıl 2 dəfə bu qarşılaşmalarda rəqib qapısına yol tapmasıyla da seçilib.
Superkubok görüşündə də “Neftçi”ni cəzalandıran Etame kimi, Flavinyo, Uinston Parks, Rəşad Abdullayev, Julius Vobay, Svyatoslav Stefanov, Zaur Tağızadə də ardıcıl 2 matçda uğur qazanıb. Mbilla növbəti “Böyük oyun”da sözünü deməklə mütləq rekordçu adını qazana bilər.
Fanat.az