Mbilla Etame Türkiyədə qol hesabını açıb. Fanat.az xəbər verir ki, "Xəzər Lənkəran"dan ayrılaraq qardaş ölkəyə yollanan kamerunlu forvard "Samsunspor"un heyətində ilk qolunu vurub.
"Kayserispor"la oyunda meydana start heyətində çıxan Mbila 90 dəqiqə oynayıb. O, 68-ci dəqiqədə hesabı bərabərləşdirərək komandasına 1 xal qazandırıb.
Qeyd ki, Etame avqustun 28-də keçirilən "Simurq" - "Xəzər Lənkəran" matçından sonra Lənkəran klubundan qovulub. Transfer pəncərəsinin son günündə "Samsunspor"a keçən forvard yeni komandasının heyətində 3 oyuna çıxıb və 270 dəqiqə oynayıb.
Fanat.az