Ötən gün rəsmən "Real Madrid"li olan Kilian Mbappe "Kral klubu"na keçid məbləği bəlli olub.
Fanat.Az xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.
Mənbənin məlumatına görə, fransalı ulduz imza bonusu olaraq 150 milyon avro alacaq. Bu məbləğ ona beş il ərzində ödəniləcək. Belə ki, "Real Madrid" və Mbappe 2028/29 mövsümünün sonuna qədər - 5 illik müqavilə imzalayıblar. Mbappe həm də də imic hüquqlarının faizini alacaq.
25 yaşlı futbolçu PSJ ilə müqaviləsi başa çatdıqdan sonra Madrid klubuna azad agent kimi keçib.
Mirağa