Mbappenin qiyməti ciddi şəkildə ucuzlaşdı

Mbappenin qiyməti ciddi şəkildə ucuzlaşdı

Bu ilin yayında PSJ-dən ayrılaraq azad agent qismində "Real Madrid"ə qoşulan və mövsümün ilk yarısında arzulanan çıxışla diqqət çəkməyi bacarmayan Kilian Mbappenin qiyməti ciddi şəkildə ucuzlaşıb.

Fanat.Az xəbər verir ki, "Transfermarkt" portalının son yeniləməsinin ardından Fransa millisinin forvardının dəyəri 20 milyon avro aşağı düşüb. 

Belə ki, hazırda Kilianın bazar dəyəri 160 milyon avro ilə (yenilənmədən öncə 180 milyon avro idi) qiymətləndirilir. 

Xatırladaq ki, Mbappenin transfer qiyməti 2019-cu ildə makximum həddə olub - 200 milyon avro.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər