Mbappenin penaltidən fərqlənməsinə izn verməyən Kelleher nə danışdı?

Mbappenin penaltidən fərqlənməsinə izn verməyən Kelleher nə danışdı?

Çempionlar Liqasının Liqa mərhələsinin 5-ci turunda evdə "Real Madrid"i 2:0 hesabı ilə məğlub edən "Liverpul"un qapıçısı Kivin Kelleher oyundan sonra fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, matçın gedişində İspaniya nəhənginin hücumçusu Kilian Mbappenin 11 metrlik cərimə zərbəsindən fərqlənməsini əngəlləyən irlandiyalı qolkiperin sözlərini "qırmızılar"ın rəsmi saytı belə çatdırıb:

"Olduqca vacib oyunda əla nəticə qazandıq. Reallıq budur ki, son illərdə "Real" Çempionlar Liqasında bizdən üstün təsir bağışlayıb. Bu səbəbdən özümüzü ən yaxşı tərəfdən göstərmək istəyirdik. Şadam ki, istədiyimizə çatdıq".

Qeyd edək ki, "Real" ÇL-in turnir cədvəlində 6 xalla 24-cü, "Liverpul" isə 15 xalla 1-ci yerdədir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər