Mbappenin işi məhkəməyə düşəcək

Mbappenin işi məhkəməyə düşəcək
PSJ-nin hücumçusu Kilian Mbappe fırıldaqçıların qurbanı olub.
Fanat.Az "L`Equipe" nəşrinə istinadən xəbər verir ki, Mbappenin razılığı olmadan onun adı və fotosu bitkoin kriptovalyutasının reklamında istifadə olunub. Reklamda kriptovalyuta investisiyalarının təşviqatı aparılıb. 21 yaşlı futbolçu məsələ ilə əlaqədar olaraq məhkəməyə müraciət etmək niyyətindədi.
Cari mövsümdə Liqa 1-də 20 matçda meydana çıxan Mbappenin aktivində 18 qol, 5 məhsuldar ötürmə var. Çempionlar Liqasında isə fransız forvard 5 dəfə fərqlənib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər