Mbappenin etdiyini XXI əsrdə heç bir "Real"lı edə bilməmişdi

Mbappenin etdiyini XXI əsrdə heç bir "Real"lı edə bilməmişdi

İspaniya La Liqasının 35-ci turunda səfərdə əzəli rəqibi "Barselona"ya 3:4 hesabı ilə məğlub olan "Real Madrid"in hücumçusu Kilian Mbappe XXI əsrdə "Kral klubu"nun heç bir futbolçusunun bacarmadığını edib.

Fanat.Az "Opta Sports"a istinadən xəbər verir ki, fransalı ulduz "Barselona"nın qapısına 3 dəfə yol taparaq yeni yüzillikdə "el klasiko"da het-trikə imza atan ilk "Real"lı ünvanına sahib çıxıb.

Daha öncə Madrid təmsilçisində belə nəticə 1995-ci ildə qeydə alınıb. Həmin vaxt "Real"ın çilili forvardı İvan Samorano het-triklə yadda qalmışdı.

"Barselona" azarkeşləri isə XXI əsrdə "el klasiko"da 3 dəfə het-trikə seviniblər. Bunlardan ikisini Lionel Messi, birini isə Luis Suares reallaşdırıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər