Mbappedən Türkiyəyə 25 milyonluq yardım - VİDEO

Mbappedən Türkiyəyə 25 milyonluq yardım - VİDEO

Türkiyədə baş verən dəhşətli zəlzələdən zərər çəkənlərə dəstək xarakterli daha bir kampaniya keçirilib.

Fanat.Az xəbər verir ki, “Çiyin-çiyinə” (“Omuz omuz”) adlanan yardım aksiyasına futbol ictimaiyyəti qoşulub.  

Televiziya kanallarında canlı yayımlanan, türk və dünya futbol ailəsinin bir araya gəldiyi verilişdə 845,7 milyon lirə ianə toplanıb. Dünya ulduzlarının qatıldığı yayıma PSJ və Fransa millisinin ulduzu Kilian Mbappe də qoşulub. Ulduz forvard duyğularını bölüşüb: "Bu, həqiqətən də böyük faciədir. Xəyal belə edə bilmədiyimiz böyüklükdə olan fəlakətdə siz türklərin nə yaşadıqlarını hiss edə bilmirəm. Bugünkü missiya mənim üçün qeyri-adidir. Uşaqların xəyalları çox vacibdir. Onlar üçün əlimdə olan bütün resurslardan istifadə edə bilərəm. Meydandan kənarda kömək etmək üçün əlimdən nə gəlirsə, edəcəyəm. Düşünürəm ki, biz bir çox uşaqların gülüşünü geri qaytara bilərik". Mbappenin Türkiyəyə ayrıca 25 milyon avro yardım göndərdiyi bildirilir.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər