"Real Madrid"in hücumçusu Kilian Mbappe İspaniya La Liqasının 11-ci turunda "Barselona" ilə oyununda (0:4) səkkiz dəfə ofsayd vəziyyətinə düşərək antirekord müəllifi olub.
Fanat.Az "Opta Sports"-a istinadən xəbər verir ki, fransalı forvard 2017/2018 mövsümündən bəri Avropanın ən yaxşı 5 liqasında bir matçda yeddi dəfədən çox ofsaydda qalan ilk oyunçu olub.
Həmçinin matç zamanı Mbappenin vurduğu iki qol ləğv edilib.
Ümumilikdə, Mbappe bu mövsüm “Kral klubu”nun heyətində 15 oyun keçirib, 8 qol vurub və iki məhsuldar ötürmə edib, hətta kubok – UEFA Super Kubokunu da qazanmağı bacarıb.
İspaniya La Liqasında 11 matçdan sonra Madrid klubu 24 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. “Barselona” 30 xal toplayıb və birinci yerdədir.
Mirağa