PSJ-nin ulduz futbolçusu Klian Mbappenin "Real Madrid"dən nə qədər əməkhaqqı istədiyi açıqlanıb.
Fanat.Az xəbər verir ki, məlumatı "Bild" yayıb.
Xəbərə görə, fransalı forvard Madrid təmsilçisindən illik 70 milyon avro maaş tələb edib.
Mbappe 2018-ci ildən PSJ-də çıxış edir. Onun Paris təmsilçisi ilə müqaviləsinin müddəti 2024-cü ilə qədərdir. Cari mövsüm PSJ-nin heyətində 25 rəsmi matça çıxan forvard 26 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Nahid Məmmədov